reklam
“Şamaxı” azyaşlı uşaqlara xərək daşıtdırdı, cərimələndi
Sportfm.az xəbər saytı

“Şamaxı” azyaşlı uşaqlara xərək daşıtdırdı, cərimələndi


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:

1-ci divizionun 22-ci turunun “Zirə-2” – MOİK oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunub.

22-ci turun “Sumqayıt-2” – “Mingəçevir” oyununda “Mingəçevir”in futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunub.

“İmişli” – “Neftçi-2” oyununda “İmişli” klubunun futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“İmişli” – “Neftçi-2” oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz-2” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilib.

Oxşar xəbərlər

“Neftçi” polisə görə cərimə olundu - Birinci divizion
Divizion komandalarının cəzaları - QƏRAR
“Qəbələ” təcili tibbi yardım maşınına görə cərimə olundu - Qərar
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza - Qərar
“Neftçi”yə xəbərdarlıq edildi - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər