Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.
Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O bildirib ki, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.
Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.
Oxşar xəbərlər
İcraiyyə Komitəsi Gəncədə toplanır
İcraiyyə Komitəsinin iclası təxirə salındı
İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası