"Fürsətləri dəyərləndirə bilmədik" -Millimizin baş məşqçisi
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyə yığmasına uduzduqları yoxlama matçı (0:1) barədə danışıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis belə görüşlərin inkişaf üçün faydalı olduğunu deyib:
“Aprelin 3-dən birlikdə məşq edirik. Bugünədək yaxşı hazırlıq keçmişik. Hər zaman demişəm, bu cür yoldaşlıq oyunları komandamızın inkişafı üçün çox önəmlidir. Etiraf etmək lazımdır ki, oyuna yaxşı başlamadıq. Türkiyə millisi bundan məharətlə istifadə edib, erkən dəqiqələrdə hesabı açdı. Fasiləyədək nə qədər cəhd etsək də, hesabı bərabərləşdirə bilmədik. İkinci hissə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirmək şanslarımız var idi. Fürsətləri dəyərləndirə bilmədik. İlk oyunu analiz edib, səhvlərimiz müəyyənləşdirəcəyik. Səhvlərimiz üzərində çalışıb, ikinci oyuna daha fərqli çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.
Qeyd edək ki, Türkiyə ilə millimiz arasındakı 2-ci yoxlama görüşü aprelin 11-də keçiriləcək.
Oxşar xəbərlər
"Futbolçular əllərindən gələni etməlidilər" - Canni De Byazi
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
“Millidən təklif gələrsə, düşünmədən qəbul edərəm” - Rəşad Sadıqov
Baş məşqçi Mahirdən danışdı - "Emrelinin gözəl zərbəsindən sonra fərqi azaltdıq"
"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası