reklam
Azərbaycan millisi 10 pillə gerilədi -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi 10 pillə gerilədi -FİFA reytinqi


Azərbaycan millisi Canni De Byazinin baş məşqçi olduğu son üç ildə FIFA reytinqində 10 pillə geriləyib.

Sportfm.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 2020-ci il iyulun 11-də yığmanın sükanı arxasına keçib.

Komanda bu təyinatdan 5 gün sonra açıqlanmış reytinqdə 1177 xalla 114-cü pillədə qərarlaşsa da, ötən gün elan olunan siyahıda 1142 xalla 124-cü olub.

Yığma italiyalı baş məşqçinin rəhbərliyi altında ümumilikdə 32 oyun keçirib.

Bu görüşlərin 12-si UEFA Millətlər Liqası, 8-i DÇ-2022-nin seçmə mərhələsi, 10-u yoldaşlıq oyunları, 2-si isə AVRO-2024-ün seçmə matçlarına təsadüf edib.

Bunların 18-də məğlub olan milli 7 dəfə heç-heçə edib, eyni sayda isə qələbə qazanıb.

7 qələbənin 4-ü rəsmi matçlarda - UEFA Millətlər Liqası turnirində qeydə alınıb. 2020-ci ildə 1, 2022-ci ildə isə 3 qələbə qazanılıb.

Bərabərliklərin 4-ü Millət Liqasında, 2-si yoldaşlıq görüşlərində, 1-i DÇ-2022-nin seçmə mərhələsində olub.

Məğlubiyyətlərin 4-ü Millətlər Liqasına, 7-si DÇ-2022-nin seçmə matçlarına, 5-i yoldaşlıq görüşlərinə, 2-si isə AVRO-2024-ün seçmə mərhələsinə təsadüf edib.

Canni De Byazinin müqaviləsinin müddəti AVRO-2024-ün seçmə mərhələsinin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan millisinin ən yüksək FIFA reytinqi 2014-cü ildə almaniyalı Berti Foqtsun işlədiyi dönəmdə qeydə alınıb. Həmin vaxt komanda 73-cü sırayadək yüksəlib. Ən pis göstərici isə 1994-cü ilə təsadüf edib - 170-ci yer. Həmin dövrdə milli komandanın sükanı arxasında Ağasəlim Mircavadov və Kazbek Tuayev ikilisi olub.

Oxşar xəbərlər

Azərbaycan millisi gerilədi - FİFA reytinqi
Azərbaycan millisi 2 pillə irəlilədi - FIFA reytinqi
Millimizin mövqeyi dəyişdi - FIFA reytinqi
Millimiz irəlilədi - FİFA reytinqi
Millimiz 8 pillə gerilədi - FIFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər