reklam
Sportfm.az xəbər saytı

"Çelsi"nin sabiq futbolçusu karyerasını 26 yaşında başa vurdu


"Çelsi"nin sabiq yarımmüdafiəçisi Ayzaya Braun karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, o, 26 yaşında peşəkar futboldan ayrıldığını açıqlayıb

Belə ağrılı və çətin qərarın səbəbi daimi zədələr olub. O, son 3 ay ərzində 2 dəfə zədələnib.

"Çeli" ilə müqaviləsi olmasına baxmayaraq, Braun müntəzəm olaraq "Vitesse", "Roterhem Yunayted", "Huddersfild", "Best Bromviç", "Lids", "Luton" və "Şeffild Uensdey" kimi komandalarda icarə əsasında oynayıb. Futbolçu 2021-ci ildə "Çelsi"dən ayrılıb. Ayzayanın son klubu "Preston Nors End" olub.

Qeyd edək ki, Braun çox perspektivli futbolçu hesab olunurdu və İngiltərənin gənclərdən ibarət komandalarına çağırılmışdı. 2014-cü ildə o, Avropa çempionu adını qazanıb. Bunu da əlavə edək ki, 2015-ci ildə Ayzaya "Çelsi"nin heyətində İngiltərə kubokunu və UEFA Gənclər Liqasını qazanıb. O, turnirin finalında Donetsk “Şaxtyor”una qarşı dubl edib.

Oxşar xəbərlər

Millinin sabiq üzvü karyerasını bitirdi
“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi - 31 yaşında
16 yaşında debüt etdi, 30 yaşında futboldan getdi
Məşhur futbolçu karyerasını bərpa etdi - 40 yaşında
Essyen futbolla vidalaşdı - 35 yaşında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər