reklam
“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi -
Sportfm.az xəbər saytı

“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi -31 yaşında


Türkiyə yığmasının və “Qalatasaray”ın müdafiəçisi Semih Kaya futbolçu karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, 31 yaşlı oyunçu bu barədə qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Semih “Qalatasaray”ın öz yetirməsidir. 2009-cu ildə peşəkar karyerasına başlayan mərkəz müdafiəçisi, İstanbul təmsilçisi ilə yanaşı, icarə əsasında “Qaziantepspor” və “Kartalspor”un da formasını geyinib. 2017-ci ildə isə o, Çexiyanın “Sparta” (Praqa) klubuna transfer olunub. 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a qayıdan futbolçu, 2020-ci ildə Praqa təmsilçisindən ayrılaraq Türkiyəyə dönüb. Lakin o, bu dəfə “Yeni Malatyaspor”la anlaşıb. Bu ilin fevralında Malatya klubundan ayrılan müdafiəçi yenidən “Qalatasaray”a qayıtmışdı.

Təcrübəli futbolçu bu klubla 5 dəfə Türkiyə çempionu olub, 4 dəfə ölkə kubokunu, 4 dəfə də super kubok qazanıb. Semih Türkiyə millisində də 23 oyuna çıxıb.

Oxşar xəbərlər

“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Məşhur türk futbolçu karyerasını bitirdi
Mariano "Qalatasaray"ı tərk etdi - Transfer
"Qalatasaray"ın sabiq oyunçularını geri qaytarır - Transfer
Semih Kaya Türkiyəyə qayıtdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər