7 qat dünya çempionu evsiz qalacaq
Formula 1 üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin böyüyüb boya-başa çatdığı Almaniyadakı Kerpen şəhərinin rayonu köçürüləcək.
Sportfm.az xəbər verir ki, hazırda 12 nəfərin yaşadığı rayonda şaxta mədəninin istifadəyə verilməsi planlaşdırılır.
Almaniya mətbuatının məlumatına görə, köçürülməyə baxmayaraq Şumaxerin yeniyetməlik illərində yaşadığı ev və onun yarışdığı kartinq trassı toxunumaz olaraq qalacaq. Hətta həmin kartinq trassının müasir tələblərə cavab verməsi üçün yenilənməsi də planlaşdırılır.
Xatırladaq ki, Mixael 2013-cü ildə istirahət məqsədilə xizəklə hərəkət edərkən yıxılıb və kəllə-beyin xəsarəti alıb. Həmin vaxtdan bəri əfsanəvi pilotun vəziyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmir.
Oxşar xəbərlər
Şumaxerin malikanəsi satışa çıxarıldı - 58,7 milyona
Şumaxerin son durumu açıqlandı
Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açıldı
Alman pilotun boyu getdikcə qısalır!
Mixael Şumaxerdən yeni xəbər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası