Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər
Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda sona iki tur qalmasına baxmayaraq, "Turan Tovuz” artıq elitaya vəsiqəni təmin edib. Əsgər Abdullayevin komandası 24-cü turda doğma meydanda MOİK-i minimal hesabla udmaqla, bu vəzifənin öhdəsindən gəlib.
Amma yayılan xəbərlərə görə, "Turan Tovuz” premyer-liqada çıxış etmək üçün lazımi maliyyə dayaqlarına malik deyil. Düzdür, komandanın normal stadionu, aşağı yaş qruplarında komandaları var. Amma maliyyə zəmanəti olmadığından klub premyer-liqaya buraxılmaya bilər.
Artıq bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər. Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə "Tovuz Turan” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir.
Amma deyəsən işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən daxil olan məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan "Fud-Sity” "Turan Tovuz”a sponsorluq edə bilər. Mənbənin dediyinə görə, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.
Mənbə: Lent.az
Oxşar xəbərlər
Qənirə Paşayeva klub forması ilə çağırış etdi - VİDEO
Millət vəkili "Turan Tovuz"un çempionluğuna biganə qalmadı - FOTO
Tovuz futbolçuları Premyer Liqaya belə yüksəldi - VİDEO
Əsgər Abdullayev: "Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür"
“Turan Tovuz” rəsmən Premyer Liqada!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR














Misli Premyer Liqası