reklam
Sportfm.az xəbər saytı

"Yol polisləri tez-tez məni saxlayırdılar"- Legioner futbolçunun etirafı


Hazırda Rusiya Premyer Liqasında "Ural" klubunun heyətində çıxış edən Qreqor Balajiç maraqlı açıqlaması ilə gündəmi zəbt edib. 
Sportfm.az saytı xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər Ukraynanın "Karpatı" klubunun şərəfini qoruyan sloveniyalı futbolçu bu ölkədə yaşadığı qəribə hadisələrdən danışıb:
"Düzünü deyim ki, Ukraynaya yollanmaqda həvəsli deyildim. Ancaq Sloveniyada klubların iqtisadi vəziyyəti ürəkaçan deyildi. Lvov şəhərini çox bəyəndim. Orada çoxlu dostlarım var. Ukraynada Sloveniya dövlət nömrə nişanlı avtomobil idarə edirdim. Yol polisləri futbolçu olduğumu bilsələr belə tez-tez məni saxlayırdılar, pul "qopartmaq" üçün min cür bəhanə fikirləşirdilər. Nə qədər çalışsam da, onlardan canımı qurtara bilmirdim". 
Qeyd edək ki, Balajiç "Karpatı"dan sonra Serbiyaya yollanıb və "Partizan"ın heyətində çıxış edib. 
 







Oxşar xəbərlər

Tanınmış futbolçu müharibədə həlak oldu
Daha bir futbolçu müharibədə həlak oldu - Müharibə
Premyer Liqadan uzaqlaşdırıldı
"Hamı bizə qarşı birləşdi" - baş məşqçidən açıqlama
Şupo-Motinq:“Onların qalib gəlməsi üçün çoxlu epizod yaratmaqlarına ehtiyac yoxdur” VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər