reklam
Güləş yığmamızdan böyük uğur - Qitə çempionu oldular
Sportfm.az xəbər saytı

Güləş yığmamızdan böyük uğur - Qitə çempionu oldular


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb.

Sportfm.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası ünvanına sahib çıxıb.

Belə ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığma üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Millimizdən tarixi uğur - Dünya çempionu oldular
Güləşimizdə yeni uğur - Avropa çempionatı
Azərbaycan millisi 1-ci oldu - Avropa çempionatı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər