Mahirə təşəkkür etdi
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Konyaspor"un baş məşqçisi Aleksandar Stanoyeviç Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"a qalib gəldikləri matç (2:1) barədə danışıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis qələbəyə görə sevindiyini deyib və komandasına təşəkkür edib:
"Futbolçularıma minnətdaram. Bütün heyətə çox tşəkkür edirəm. Təbii ki, hamımız üçün çox gözəl bir nəticə oldu. Qələbəyə görə şadam. Xüsuilə də "Qalatasaray" kimi uzun ötürmələrlə, müdafiənin arxasında pressinq edən, əks-hücumda yaxşı olan bir komandaya qarşı çox yaxşı çıxış etdik".
Qeyd edək ki, bu, "Konyaspor"un Stanoyeviçin baş məşqçiliyi altında Superliqada ilk qələbəsidir. Mütəxəssis yanvarın 17-dən "Konyaspor"u çalışdırır.
Xatırladaq ki, "Qalatasaray"la görüşdə Mahir Emreli start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Oxşar xəbərlər
"Mahir əsas heyətdə olacaq" - KİV
"Emreli real qol epizodlarından yararlana bilmədi" - Aleksandar Stanoyeviç
“Konyaspor” Mahirə görə cərimə ödəyəcək
Emreli oynadı, "Qalatasaray"ın seriyası qırıldı
Mahir "Konyaspor"da ilk məşqinə çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası