reklam
Premyer Liqamızda 2 həftəlik fasilə başlanır
Sportfm.az xəbər saytı

Premyer Liqamızda 2 həftəlik fasilə başlanır


Bu gün Misli Premyer Liqasında 27-ci tura və üçüncü dövrəyə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, bundan sonra çempionatda 2 həftəlik fasilə yaranacaq. Buna səbəb milli komandaların iştirak edəcəyi Avro-2024-ün seçmə mərhələsinin start götürməsidir. Tur yekunlaşdıqdan sonrakı günlərdə Azərbaycan millisi təlim-məşq toplanışına başlayacaq. Klubların bu müddətdə yoxlama oyunları nəzərdə tutulur.

Martın 24-də isə F qrupunda yarışan millimiz səfərdə Avstriya komandası ilə qarşılaşacaq. Martın 27-də Canni de Byazinin komandası bu dəfə İsveç millisinin qonağı olacaq.

Millinin bu iki oyunundan sonra Misli Premyer Liqası 28-ci turdan bərpa olunacaq. Bununla da çempionat dördüncü dövrəyə  - həlledici mərhələyə qədəm qoyacaq. Turun oyunları 31 mart, 1 aprel və 2 aprel tarixlırində keçiriləcək. 

31 mart

"Turan Tovuz" - "Sumqayıt"

1 aprel

"Kəpəz" - "Səbail"
"Zirə" - "Neftçi" 

2 aprel

"Şamaxı" - "Qarabağ"
"Sabah" - "Qəbələ"

Oxşar xəbərlər

“Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
"Sabah" bu dəfə uduzdu - Misli Premyer Liqası
"Turan Tovuz" "Sabah"a, "Qarabağ" "Səbail"ə qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Şamaxı"ya, "Sabah" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər