reklam
Mançesterdə 7 qol, italiyalılardan lazımlı nəticə -
Sportfm.az xəbər saytı

Mançesterdə 7 qol, italiyalılardan lazımlı nəticə -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş keçirilib.

Sportfm.az xəbər verir ki, “Portu” doğma meydanda “İnter”i qəbul edib. Portuqaliyalılar ilk matçda 0:1 hesabı ilə məğlub olmuşdular. Cavab görüşündəki qolsuz heç-heçə Milan təmsilçisini növbəti mərhələyə daşıyıb.

Günün digər oyununda turnirin favoritlərindən sayılan “Mançester Siti” “Leyptsiq”lə üz-üzə gəlib. Rəqibini əzici hesabla yenən “şəhərlilər” də sürprizə imkan verməyiblər.

Çempionlar Liqası, 1/8 final
Cavab oyunları

14 mart

Mançester Siti (İngiltərə) – Leyptsiq (Almaniya) 7:0
Qol
: Haland, 22; 24; 45+2; 54; 57. İ.Gündoğan, 49. K.De Bruyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1

Portu (Portuqaliya) – İnter (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1

Oxşar xəbərlər

"Real"ı biabır edərək finala çıxdılar - Çempionlar Liqası
“İnter” qalib gəldi, “Mançester Siti”dən bərabərlik - Çempionlar Liqası
1/8 finalın ilk oyunlarına yekun vurulur - Çempionlar Liqası
“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
Liverpul” “Leyptsiq”ə qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər