"Real"ı biabır edərək finala çıxdılar -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşib.
Burada yerli “Mançester Siti” İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real”la üz-üzə gəlib.
Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə darmadağına sevinən “Mançester Siti” finala yüksəlib.
Xatırladaq ki, daha öncə “İnter” İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
17 may
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 4:0
Qollar: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 1:1.
Mançester Siti: Ederson, Kayl Uoker, Ruben Dias, Manuel Akanci, Con Stounz, Rodri, Bernardo Silva, Kevin de Bruyne, İlkay Gündoğan, Cek Qriliş, Erlinq Haland.
Real: Tibo Kurtua, Eduardo Kamavinqa, David Alaba, Eder Militao, Daniel Karvahal, Luka Modriç, Toni Kroos, Federiko Valverde, Vinisius Junior, Rodriqo, Kərim Benzema.
Oxşar xəbərlər
Mövsümünün ən yaxşı futbolçuları – SİYAHI
"Mançester Siti" - "Real": Heyətlər
“Mançester Siti” “Real Madrid”lə bərabərə qaldı - Çempionlar Liqası
“Real” “Mançester Siti” ilə üz-üzə - Çempionlar Liqası
“Qızıl top”a namizədlər - Yeni siyahı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası