Avstriyalılar millimizlə oyuna 25 futbolçu çağırdı
Avstriya yığmasının AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunların heyəti məlum olub.
Sportfm.az xəbər verir ki, Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib. Zədə səbəbindən iştirakı sual altında olan kapitan David Alaba, digər müdafiəçi Filipp Lienhart və hücumçu Marko Arnautoviç də heyətdə yer alıb:
Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK);
Müdafiəçilər: David Alaba (“Real”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə);
Yarımmüdafiəçilər: Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə)
Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki oyun Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.
Oxşar xəbərlər
“Qalatasaray”ın futbolçusu dünya çempionatına gedir - Siyahı
Avstriya millisinin üçün yekun heyəti - AVRO-2020
"Arsenal"dan heç-heçə - Avropa Liqası
Macarıstanın yığmamızla oyun üçün heyəti - SİYAHI
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası