reklam
Azərbaycan millisi Nigeriya ilə qarşılaşacaq
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Nigeriya ilə qarşılaşacaq


Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində yığma D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

A qrupu: Malta, Andorra, Hindistan

B qrupu: Kipr, Moldova, Avstraliya

C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala

D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

Yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Millimiz Nigeriyaya uduzdu - Dünya çempionatı
Millimizin bu komandalarla qarşılaşacaq - Dünya çempionatı
Millimizin rəqibləri müəyyənləşdi - DÇ-2022
Millimizin rəqibləri müəyyənləşdi
DÇ-2018-in püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər