Hafiz Məmmədov evlərini və restoranını satdı -Borclarını ödədi
“Bakı” klubunun keçmiş prezidenti Hafiz Məmmədov dövlətə olan vergi borcunu qaytarmaq üçün növbəti addımı atıb.
Sportfm.az xəbər verir ki, fəaliyyətini dayandırmış klubun rəhbəri bu məqsədlə Bakıda yerləşən bir neçə yaşayış sahəsini və iaşə obyektini satıb. Bura Bakıda kifayət qədər məşhur olan restoran da daxildir.
Ötən ilin yanvarında Dövlət Vergi Xidməti tərəfindən Məmmədov barəsində cinayət işi başlanılıb. O, həbs edilsə də, borcunun bir qismini ödədiyi üçün 4 gün sonra azadlığa buraxılıb.
Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 minini ödəyib. O, bu ayın sonunadək qalan borcunun müəyyən hissəsini geri qaytaracağını vəd edib.
Son illərdə səhhətində çoxsaylı problemlər yaranmış məşhur iş adamının ölkədən çıxışına qadağa qoyulub.
Oxşar xəbərlər
Ermənistan klubunun futbolçusuna Azərbaycan tərəfindən qadağa qoyuldu
Hafiz Məmmədovla bağlı yeni qərar - Protest təmin edilmədi
Hafiz Məmmədov haqqında qərar dəyişdi
Hafiz Məmmədovun azadlıqda - FOTO
Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi - QƏRAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası