reklam
UEFA Rusiyanı turnirə dəvət etdi
Sportfm.az xəbər saytı

UEFA Rusiyanı turnirə dəvət etdi


UEFA Rusiyanı 17 yaşadək qızlar arasında inkişaf turnirinə dəvət edib.

Sportfm.az "TASS"a istinadən xəbər verir ki, Avropa futbol qurumu Banqladeşdə keçiriləcək turnirə görə Rusiya Futbol İttifaqına müraciət ünvanlayıb.

Daha əvvəl Cənubi Asiya Futbol Federasiyasının mətbuat xidməti qurumun himayəsi altında keçiriləcək turnirdə 17 yaşadək qızlardan ibarət Rusiya yığmasının iştirak edəcəyi barədə məlumat yayıb.

Bildirilib ki, rusiyalı futbolçular Banqladeş, Butan, Nepal və Hindistan komandası ilə mübarizə aparacaq. Turnir martın 20-dən 28-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.

Xatırladaq ki, Ukrayna ərazisinə silahlı müdaxiləyə görə UEFA və FİFA 2022-ci ilin fevralında Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Oxşar xəbərlər

Rusiya millisi siyahıya daxil edilmədi - UEFA-dan yeni qərar
Rusiya beynəlxalq yarışlarda iştirak etməyəcək - İcazə qərarı ləğv edildi
Ukrayna rusları yaşıl meydanda görmək istəmir
Rusiya millisi CAFA-nın ilk çempionatına qatılır - Qərar
Hakimlərimiz Gürcüstandan dəvət aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər