Ölkə kubokunda 1/16 final matçları baş tutub
Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən ilk oyundan əvvəl Xocalı soyqırımı zamanı dünyasını dəyişmiş insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Üç gün ərzində davam edən bu mərhələnin “Alyans Qrup” – “Rəvan” matçı baş tutmayıb. Buna “Alyans Qrup”un təyin olunan vaxtda meydana çıxmaması səbəb olub. Oyunun yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Ümumi mənzərəni liqalar üzrə dəyərləndirsək, üstünlük İkinci Liqa təmsilçilərindədir. Belə ki, keçirilmiş 9 oyundan 5-də Birinci, 4-də isə İkinci Liqa komandaları üstünlük qazanıb. Diqqətçəkən məqam U-17-nin cari mövsümdə ilk qələbəsini məhz ölkə kuboku uğrunda oyunda qazanmasıdır. Digər məqam isə “Baku Fire” klubunun hər üç liqadakı komandalarının növbəti mərhələdə iştirak etməsi olacaq.
1/8 finala vəsiqə qazanmış komandaların siyahısını diqqətinizə çatdırırıq: “Baku Fire-3”, U-17, MUM, “Flaqman”, “Advokat”, “Şamaxı”, “Dalğa”, ADBTİA, “Baku Fire-2”.
Yüksək Liqa iştirakçıları olan “Araz Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Record”, “Alyans” və U-19 da bu mərhələdən mübarizəyə qoşulacaqlar.
İntizam Komitəsi “Alyans Qrup” – “Rəvan” oyunu ilə bağlı nəticəni elan etdikdən sonra qalib komanda da 1/8 final iştirakçılar sırasına əlavə olunacaq.
Azərbaycan kuboku
1/16 final
26 fevral
Şuşa – Baku Fire-3 0:4
U-17 – Metropoliten 9:2
MUM – Zəngilan 9:3
VİFLY – Flaqman 3:5
STAR kargo – Advokat 0:3
Şamaxı – Xan-Lənkəran 5:4
Dəstə Ordubad – Dalğa 4:6
ADBTİA – Timsport 4:2
Baku Fire-2 – Çinar-Zəngilan 12:3
Oxşar xəbərlər
Azərbaycan kubokunun püşkü atıldı - 2022/23 mövsümü
1/4 finalçılar müəyyənləşdi - Azərbaycan kubokunda
1/8 finalın bütün iştirakçıları bəlli oldu - Azərbaycan Kuboku
Birinci və İkinci liqaların püşkü atılacaq
Birinci və İkinci liqaların püşkü atılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15















Misli Premyer Liqası