reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" Gəncə klubunun futbolçusuna göz dikib - ÖZƏL


Bu mövsüm ölkə çempionatında uğurla çıxış edən "Sumqayıt" yayda heyətini gücləndirmək üçün "qollarını çırmalayıb". Sportfm.az saytının əldə etdiyi məlumata görə, "gənclik şəhəri"nin təmsilçisi "Kəpəz"də çıxış edən bir neçə futbolçu ilə maraqlanır. Baş məşqçi Samir Abasovun konkret olaraq bir futbolçunu sərəncamında görmək istədiyi bildirilir. Avrokuboklarda çıxış etmək şansını saxlayan "Sumqayıt"ın hücum xəttinə futbolçu almaq istəyi haqqında çox yazılıb. Belə görünür ki, söhbət Gəncə klubunun aparıcı üzvlərindən olan Orxan Əliyevdən gedir. "Kəpəz"də özünü yaxşı tərəfdən göstərən futbolçunun daha bir komandanın maraq dairəsində olduğu qeyd edilir. 

Oxşar xəbərlər

"Kəpəz" "Qarabağ"da oynamış futbolçunu transfer etdi
“Sumqayıt”da yeni futbolçu - TRANSFER
Ayaq barmağı sınan futbolçu "Kəpəz"lə müqavilə bağladı
"Kəpəz"i tərk edəcək ilk futbolçunun adı məlum oldu - ÖZƏL
"Kəpəz"də böyük dəyişikliklər olacaq - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər