Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız Açıq Avropa turnirində çıxış edəcəklər
Azərbaycanın altı cüdoçusu fevralın 25-də Polşanın paytaxtı Varşavada start götürəcək Açıq Avropa turnirində mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək yarışda yığma beş çəki dərəcəsində təmsil olunacaq.
İdmançılara qadınlardan ibarət millinin məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.
48 kq çəki dərəcəsində Ramilə Əliyeva, 52 kq-da Zeynəb Məmmədova, 63 kq-da Diana Şoranova ilə Nərgiz Hacıyeva, 70 kq-da Günel Həsənli və 78 kq-da Aytəkin Paşazadə tatamiyə çıxacaq.
Qeyd edək ki, turnirə 44 ölkədən 463 cüdoçu qatılacaq.
Oxşar xəbərlər
Sarayevoda Avropa kuboku başlayır - 6 idmançımız iştirak edəcək
Açıq Avropa turnirində Azərbaycanı qadınlar təmsil edəcək - SİYAHI
Cüdoçularımız Açıq Avropa turnirində çıxış edəcək - SİYAHI
İdmançımız Seriya A turnirində iştirak edəcək
Avropa kubokunda iki cüdoçumuz mübarizəyə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası