reklam
Ən çox qayda pozan komandalar –
Sportfm.az xəbər saytı

Ən çox qayda pozan komandalar –Misli Premyer Liqası


Futbol üzrə Misli Premyer Liqasında ən çox qayda pozuntusu törədən komandalar məlum olub.

Sportfm.az xəbər verir ki, siyahının zirvəsində “Qəbələ” yer alır.

“Qırmızı-qaralar” orta hesabla hər oyunda 14,5 dəfə qaydanı pozub.

Növbəti sıralarda müvafiq olaraq “Turan Tovuz” (14,3), “Sabah” (14), “Səbail” (13,9), “Neftçi” (13,9), “Sumqayıt” (13,2), “Kəpəz” (13), “Şamaxı” (13), “Qarabağ” (12,6) və “Zirə” (12) qərarlaşıb.

Ən çox qayda pozuntusuna məruz qalan komanda isə “Səbail”dir. “Dənizçilər”də bu göstərici orta hesabla hər oyunda 14,3-dür.

Növbəti mövqelərdə “Zirə” (14,1), “Sumqayıt” (13,5), “Turan Tovuz” (13,2), “Sabah” (13,1), “Kəpəz” (13), “Qəbələ” (12,4), “Neftçi” (11,8), “Qarabağ” (11,7) və “Şamaxı” (11,3) yer alıb.

Sözügedən araşdırma 2022/2023 mövsümündə fevralın 21-dək olan oyunlara əsasən aparılıb.

Oxşar xəbərlər

33-cü və 34-cü turun oyun cədvəli - Misli Premyer Liqası
5 turun oyun cədvəli açıqlandı - Misli Premyer Liqası
“Qarabağ” – “Neftçi” görüşü nə vaxt baş tutacaq? - Cədvəl müəyyənləşib
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər