Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın futbolçusu ən yaxşılar adına namizəd oldu -SİYAHI
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportfm.az xəbər verir ki, siyahıda "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb. Digər 3 namizəd isə "Fiorentina"dan Luka Yoviç, Kiprin AEK-indən Anxel Qarsiya və "Trabzonspor"dan Trezegedir.
Qeyd edək ki, Yankoviç ötən gün Bakıda "Gent"ə (Belçika) 1:0 hesabı ilə qalib gəldikləri matçda qol ötürməsi edib. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Oxşar xəbərlər
Həftənin ən yaxşısı adına namizədlər - Konfrans Liqası
Yankoviç həftənin ən yaxşısı ola bilmədi
Həftənin futbolçusu adına namizədlər - Konfrans Liqası
Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin futbolçusu kim olacaq? - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası