Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz"də yeni təyinat
Milli komandamızın sabiq futbolçusu Faiq Cabbarov qayıdır. "Kəpəz”in veteranı yenidən sevimli işi ilə məşğul olacaq. Yox, Faiq yenidən futbol oynamayacaq. O, bu dəfə Gəncə klubunda məşqçi kimi fəaliyyət göstərəcək.
Bu haqda Futbolinfo.az saytına Cabbarov özü məlumat verib. AFFA-dan C kateqoriyası alan Faiq bəy yeni mövsümdən "Kəpəz”in uşaq komandalarından birinə rəhbərlik edəcək. Klubdan ona bu barədə vəd verilib, veteran futbolçu da yayı gözləyir.
Vaxtilə futbolçu kimi ölkənin çempionluğa oynayan bir sıra klublarında forma geyən, "Kəpəz”də və "Şəmkir”də saysız titullar qazanan Faiq bəy baş məşqçi kimi də fəaliyyət göstərib. Lakin onun üçün "Gilan” məşqçilikdə zirvə nöqtəsi olub.
Şəxsi problemləri üzündən bir müddət futboldan uzaq düşən Cabbarov ilin əvvəlində növbəti dəfə gündəmə gəlmişdi. Dünyasını dəyidiyi deyilən veteran futbolçu haqda xəbər yaxşı ki, sonda yalan çıxdı. Amma bəlkə də elə bu xəbər yenidən ona diqqəti artırdı. Həm AFFA, həm də "Kəpəz” bundan sonra onunla ciddi maraqlandı və indi işlə təmin edilməsi məsələsi də həllini tapır. Cabbarov kateqoriyanı da milli üzvü olduğuna görə nəzərdə tutulan güzəştdən istifadə edərək, özünün dediyi kimi – "10 dəqiqəyə” alıb.
Oxşar xəbərlər
“Kəpəz”in veteran futbolçusu dünyasını dəyişdi
"Kəpəz"in sabiq futbolçusu azadlığa çıxdı
"Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər! - Pula görə
"Kəpəz"in sabiq futbolçusu həbs edildi - Gəncədə
Azərbaycanın ən yaxşı futbolçusu itkin düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası