Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Erlinq Haland da Merihin çağrışına qoşuldu -Yardım
“Atalanta”nın türkiyəli futbolçusu Merih Demiralın başlatdığı yardım kampaniyasına daha üç məşhur futbolçu qoşulub.
Sportfm.az xəbər verir ki, “Mançester Siti”dən Erlinq Halandla Kevin De Bruyne, eləcə də “Tottenhem”dən Harri Keyn zəlzələ qurbanlarına yardım edəcək.
Onlar hərraca çıxarılması üçün imzalı formalarını Demirala göndəriblər.
Daha öncə Merih portuqaliyalı ulduz Kriştiano Ronaldo və “Roma”dan Paulo Dibalanın imzalı formasını hərraca çıxarmışdı.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Oxşar xəbərlər
Mövsümünün ən yaxşı futbolçuları – SİYAHI
7 futbolçu 1 ad uğrunda yarışacaq
Ronaldo deprəmzədələrə yardım göndərdi
Türkiyə üçün dəstək olan futbol ulduzları - SİYAHI
3 formadan 1 milyon TL - YARDIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası