reklam
Sportfm.az xəbər saytı

"Hatayspor"un oyunçusu dağıntılar altından çıxarıldı -ZƏLZƏLƏ


Türkiyənin "Hatayspor" klubunun futbolçusu Burak Öksüz zəlzələdən sonra dağıntılar altından çıxarılıb.

Sportfm.az xəbər verir ki, 27 yaşlı müdafiəçi anası ilə birlikdə xilas edilib.

Bundan əlavə, Hatay təmsilçisinin məşqçisi Gökhan Kağıtçıoğlunun da dağıntıların altından çıxarıldığı bildirilib.

Ölkənin tanınmış jurnalisti Ertem Şener klubun bəzi futbolçuları ilə əlaqənin kəsildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Türkiyənin bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, 284 nəfər həlak olub, 2323 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində 1700-dən çox bina uçub.

Oxşar xəbərlər

Daha bir futbolçu zəlzələdə dünyasını dəyişdi
8 güləşçi dağıntılar altından çıxarıldı - Zəlzələ
Ahmet Eyüp Türkaslan həlak oldu
"Hatayspor" idman direktoru və oyunçusu dağıntılar altında qaldı
Volkan Demirel yardım istədi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər