16 cüdoçumuz Parisdə
Fevralın 6-dan etibarən Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Sportfm.az xəbər verir ki, təlim-məşq toplanışına dünyanın 59 ölkəsindən 458 idmançı qatılıb.
Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 16 üzvü hazırlıq prosesində iştirak edir.
Cüdoçularımıza performans direktoru Mark van der Ham və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı qarşıdan gələn iri miqraslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Ayın 9-dək davam edəcək təlim-məşq toplanışına Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (-60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq.), Nurlan Osmanov, Hidayət Heydətov (-73 kq.), Elcan Hacıyev, Zelim Tçkayev, Rüstəm Orucov, Səid Mollayi (-81 kq.), Məmmədəli Mehdiyev, Murad Fətiyev (-90 kq.), Zelim Kotsoyev (-100 kq.), Uşanqi Kokauri, Camal Qamzatxanov (+100 kq.) qatılıb.
Oxşar xəbərlər
Cüdoçularımız DÇ-yə Göygöldə hazırlaşır
Antalyaya yollanacaq cüdoçularımızın adları məlumdur
Millimiz bu dəfə Almaniyada hazırlaşır
Millimizin heyəti açıqlandı - Böyük Dəbilqə
Cüdoçularımız Qran-pridə çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası