reklam
İdmançımız qızıl medal qazandı -
Sportfm.az xəbər saytı

İdmançımız qızıl medal qazandı -Prezident kuboku


Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident kubokunu qızıl medalla başa vurub.

Sportfm.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda Azərbaycan himnini səsləndirib.

 

1/16 final mərhələsindən mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, ardınca bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz finala yüksəlib.

 

Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərərində inamlı qələbə qazanan milli üzvü çempion tituluna yiyələnib.

 

Yığma ardınca Türkiyə açıq çempionatında iştirak edəcək.

Oxşar xəbərlər

Taekvondoçularımızdan 1 qızıl, 1 gümüş medal - Avropa çempionatı
Taekvandoçumuz Avropa çempionu oldu - UĞUR
Taekvondoçumuz İslamiadada bürünc medal Qazandı
2 idmançımız Avropa Çempionatında bürünc qazandı
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər