reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Sumqayıt"a qalib gəldi, "Zirə" "Qəbələ" ilə bərabərə qaldı -VİDEO


Misli Premyer Liqasında 21-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Zirə" evdə "Qəbələ"ni qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

 

Günün digər oyununda "Neftçi" doğma meydanda "Sumqayıt"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

5 fevral (bazar)

18:30. “Neftçi” – “Sumqayıt” - 2:0 

Qollar: Solomon Kverkveliya, 54 (1:0), Mateus Saldanya, 64 (2:0)
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Bakcell Arena”

16:00. “Zirə” – “Qəbələ” - 2:2

Qollar: Rafael Utziq, 2 (0:1), Dimitrios Çantakias, 15 (1:1), Loris Broqno, 57 (2:1), Felipe Santos, 78 (2:2)

Reallaşdırılmayan penalti: Rəhim Sadıxov ("Zirə"), 23 - qapıçı
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər

"Zirə" "Qəbələ"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
“Kəpəz” – “Qarabağ” matçı Cabarova həvalə edildi - Misli Premyer Liqası
"Neftçi" "Zirə" ilə dueldə qalib gələ biləcəkmi? - Premyer Liqa
"Neftçi" "Səbail"ə, "Zirə" "Qəbələ"yə qarşı - Azərbaycan Premyer Liqası
"Qarabağ"dan heç-heçə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər