reklam
Bölgə klubunun Bakıda  akademiyası fəaliyyət göstərəcək
Sportfm.az xəbər saytı

Bölgə klubunun Bakıda akademiyası fəaliyyət göstərəcək


Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Araz Naxçıvan"ın Bakıda akademiyası fəaliyyət göstərəcək. Bu barədə sport24.az-a açıqlamasında klubun akademiyasının koordinatoru Adil Şükürov deyib.

Onun sözlərinə görə, komanda Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə U-17, U-19 və əvəzedici heyətin toplanması üçün klubun akademiyası Bakıda fəaliyyət göstərəcək: "AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılovla görüşümüz oldu. 15 yaşadək futbolçuların yarışı regionlarda keçirilir və final mərhələsi üçün Bakıya gəlirlər. Bu yaş qrupları üzrə yarışlar eyni qaydada keçiriləcək. Naxçıvan bölgəsində çempion olan komanda final mərhələsi üçün Bakıya gələcək. Region Liqasının final mərhələsində olduğu kimi keçirilir. Çempionlar və ən yaxşı ikinci yer final mərhələsində iştirak edir. Çox sağ olsunlar ki, biz də bu sistemlə oynayacağıq və U-15 komandamız kənarda qalmayacaq. Gələn mövsümdən isə bu komanda U-16 olacaq. Belə olan halda, "Araz Naxçıvan" Premyer Liqaya yüksəlsə, qeyd etdiyim - U-16 və aşağı yaş qruplarında heç bir problem olmayacaq. Ancaq U-17, U-19 və əvəzedici komandanı biz toparlamalıyıq".

Təcrübəli mütəxəssis deyib ki, bununla bağlı plan hazırlanıb və rəhbərliyə təqdim edilib: "Mütləqdir ki, bu yaş qrupların Bakıda toplayaq. Gələn il 2005 və yuxarı il təvəllüdlü futbolçuları Bakıda toplamalıyıq. İlkin mərhələdə təxmini 3-4 il Bakıda akademiya olacaq. Aşağı yaş qrupları bu həddə çatana qədər belə olacaq".

 

Oxşar xəbərlər

"Araz-Naxçıvan"a 0:3 hesablı məğlubiyyət verildi - İntizam Komitəsi
"Kəpəz" Premyer Liqaya çıxır, Gəncədə akademiya tikilir və stadion yenilənir - Xoş xəbər
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
Çövkən milli oyununun final mərhələsi Bakıda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər