reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" Premyer Liqaya çıxır, Gəncədə akademiya tikilir və stadion yenilənir -Xoş xəbər


"Kəpəz"in Premyer Liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır".

Sportfm.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı I Divizion təmsilçisi "Kəpəz"in Premyer Liqada çıxış edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

Funksioner bildirib ki, 2022/2023 mövsümündən elitada 10 klubun iştirakını planlaşdırırlar: "Ümid edirəm ki, "Kəpəz" də həmin komandaların arasında olacaq".

E.Məmmədov Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib: "Bu ilin sonunadək inşaat işləri başlanacaq. AFFA ötən il UEFA və FIFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək".

Milli assosiasiyanın vitse-prezidentinin sözlərinə görə, akademiya ərazisində əlavə 2 meydança inşa ediləcək: "Uzaq yoldan gələn uşaqların qalması üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin olunacaqlar".

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı məsələyə də toxunan E.Məmmədov arenanın Dövlət Proqramına salındığını və yaxın gələcəkdə işlərə başlanacağını vurğulayıb.

 

Oxşar xəbərlər

“Kəpəz”in Futbol Akademiyasının açılışı oldu
Gəncə Futbol Akademiyasının hazır olacağı vaxt bilindi - AÇIQLAMA
"Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq"
Gəncədə Futbol Akademiyası açılacaq - AFFA
“Gəncədə futbol akademiyası açılacaq” - Elxan Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər