Güləşçilərimiz mübarizəyə başlayır -Zaqreb Open
Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada başlayacaq “Zaqreb Open”də mübarizəyə start verəcək.
Sportfm.az xəbər verir ki, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə qarşılaşacaq.
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.
70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.
74 kq-dakı Cəbrayıl Qadjiyev təsnifatda Rumıniyalı Krisztian Biroyla, 86 kq-dakı Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.
“Zaqreb Open” fevralın 5-də bitəcək.
Oxşar xəbərlər
İdmançılarımız mübarizəyə qoşulur - AÇ
Azərbaycanlı güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
Daha üç güləşçimizin medal şansı var - Zaqreb Open
Daha üç güləşçimiz mübarizəyə başlayır - Zaqreb Open
Güləşçilərimiz ilk gündə 5 medal qazandı - Zaqreb Open
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası