reklam
Millimizdə yeni baş məşqçi -
Sportfm.az xəbər saytı

Millimizdə yeni baş məşqçi -Açıqlama


Azərbaycanın qızlardan ibarət U-19 yığmasının baş məşqçisi Zamir Həsənov vəzifəsindən gedib.

Sportfm.az xəbər verir ki, bu haqda adıçəkilən mütəxəssis "Facebook"dakı şəxsi səhifəsidə məlumat verərək, bundan sonra oğlanlarla çalışacağıı söyləyib: "2023-cü yanvar ayı futbol üzrə qızlardan ibarət müxtəlif yığmalarda müxtəlif statuslarda məşqci kimi işləməyimin 7 ili tamam oldu. Düşünürəm ki, bacardığım qədər əlimdən gələn ən yaxşısını etməyə çalışmışam. Mənim üçün dəyərli insanlar tanıdım bu 7 ildə. Bu müddətdən mənə çox əziz unudulmaz xatirələr qalacaq. Hər kəsə çox çox təşəkkür edirəm. Yaxşı ki, burada işləmişəm, yaxşı ki, sizləri tanımışam. Düşünürəm ki, özüm üçün artıq yeni çağırış etməyin vaxtı idi. Yenidən milli komandada çalışacam.Amma bu dəfə oğlanlardan ibarət U-18 milli komandasında köməkçi məşqçi statusunda olacam. Mənim üçün yeni çağırışdır, yeni cığırdır və bu yolda yaxşı bir iz qoymaq ümidilə yola çıxıram".

Xatırladaq ki, U-18 yığmasının yeni baş məşqçisi Elxan Abdullayev olub. 

Oxşar xəbərlər

Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başladı - FOTO
"Kəpəz"in sabiq məşqçisi milli komandamızda
Yaşar Vahabzadə yenidən məşqçi kimi çalışacaq - özü də Gəncədə
Millimizdə yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər