Bakıda mötəbər turnir -“TeamGym”
Gimnastikanın “TeamGym” növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb.
Yarış 16 – 19 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan növə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).
Oxşar xəbərlər
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda akrobatika üzrə dünya kuboku başladı
Bakıda akrobatika üzrə dünya kuboku keçiriləcək
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçiriləcək
Bakıda Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası