reklam
Emrelinin zədəsi sağaldı
Sportfm.az xəbər saytı

Emrelinin zədəsi sağaldı


Zədə səbəbindən "Dinamo"nun məşqlərini buraxan Mahir Emrelinin son durumu bəlli olub.

Sportfm.az xəbər verir ki, belində ağrılar olan 25 yaşlı forvard zədəsini sağaldıb. Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç məlumat verib. Emreli artıq komanda ilə məşqdə iştirak edir.

 

Millimizin üzvü Xorvatiya çempionatının XIX turunun "Lokomotiv" ilə matçında meydana çıxa biləcək. Qarşılaşma 28 yanvar tarixində baş tutacaq.

 

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub.

Oxşar xəbərlər

Mahir Emreli 6 ay sonra yaşıl meydana çıxdı
Mahir irqçiliyə qarşı kampaniyaya dəstək verdi
Mahir start heyətdə - Xorvatiya çempionatı
Mahir Emreli yenidən zədələndi
Mahir məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər