Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı Leyla və rus Aygül Antalyada üz-üzə gələcək
Bu gün cüdo üzrə Antalya Qran-Prisinə start veriləcək.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız ilk gündə 7 idmançı ilə mübarizə aparacaq.
Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 cüdoçu tatami üzərinə çıxacaq.
Kişilər
66 kq
Bu çəki dərəcəsində çıxış edən İlkin Babazadə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi bosniyalı Petar Zadro olacaq. İdmançımız qalib gəlsə, 1/8 finalda moldovalı Denis Vieru ilə qarşılaşacaq.
Vüqar Şirinli də eyni çəkidə çıxış edir və turnirə eyni mərhələdən başlayacaq. Cüdoçumuz ilk olaraq özbəkistanlı Sərdor Nurillayevi sınağa çəkəcək. Mümkün qələbə Vüqara 1/8 finalda monqol Altansux Dovdonu rəqib edəcək.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz yarışa 1/8 finaldan başlayacaq.
Ayişə Qurbanlının ilk rəqibi çinli Çen Qyao olacaq. Mümkün qələbə sayəsində Ayişənin 1/4 finaldakı rəqibi Noa Minsker (İsrail)/Şahnaz Güz (Türkiyə) cütünün qalibi olacaq.
Gültac Məmmədəliyeva isə portuqaliyalı Maria Siderotla üz-üzə gələcək. Qalib gələcəyi təqdirdə isə Gültacın rəqibi Sabina Giliyazova (Rusiya)/Tuğba Yayla (Türkiyə) cütünün qalibi olacaq.
52 kq
Yeganə təmsilçimiz Nəzakət Əzizova meydan sahibi İrem Korkmazla qarşılaşacaq. Cütün qalibi israilli Gili Kohenlə üz-üzə gələcək.
57 kq
Bu çəkidə iki xanım idmançımız yarışacaq.
Leyla Şahin rus Aygül Kutsenko ilə qarşılaşacaq. Qalib gəlsə, Leylanın rəqibi Xulan Seregbaatar (Monqolustan)/Seyma Özərlər (Türkiyə) cütünün qalibi olacaq.
Nərgiz Hacıyeva isə özbək Sənubər Sultanova ilə rəqib olacaq. Sonrakı mümkün rəqib isə israilli Timna Nelson Levi olacaq.
Oxşar xəbərlər
Bu gün 6 idmançımız yarışa çıxır - Paris-2024
İlk gündə 8 cüdoçumuz mübarizə aparacaq - Böyük Dəbilqə
Daha üç cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
İki cüdoçumuz finalda - Böyük Dəbilqə
Rio-2016: Bu gün 7 idmançımız mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Millətlər Liqasında keçirilən görüşlərin nəticələri
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi















Misli Premyer Liqası