“Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq” –Elmar Baxşıyev
“Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışındakı son yoxlama oyununda Çexiyanın “Teplitse” klubu ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, Antalyada baş tutan görüşdən (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini klub saytına açıqlayıb:
“Toplanış çərçivəsində son oyunumuz idi. Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Təlim-məşq toplanışı planımıza uyğun keçdi. Ən əsası isə hazırlıq prosesini zədələrsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük. Ümumilikdə komandadan razıyam. Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz Premyer Liqanın qarşıdakı görüşünə yönələcək. Hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb. Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir. Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik”.
Oxşar xəbərlər
"Optimal formada deyilik" - Elmar Baxşıyev
"Akademiyanın 4 futbolçusunun əsas komanda ilə qalmasını planlaşdırırıq” - Elmar Baxşıyev
Elmar Baxşıyev: "Güclənməyə ehtiyac var"
Sənan Qurbanov: "Sürətli rəqibə qarşı oynayacağıq"
"Çalışacağıq səhvləri aradan qaldıraq" - Sənan Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan" millimizin üzvünü heyətinə qatdı - RƏSMİ
-
Millimizin oyun təqvimi məlum oldu
-
UEFA bolqarıstanlı fanatları bağışlamadı - Bakıda olmayacaqlar
-
“Neftçi”nin yenilənmiş saytı istifadəyə verildi
-
Ermənistan güləşçiləri Azərbaycana gələcək - Dünya çempionatı
-
"Neftçi" "Dinamo"ya qarşı - Konfrans Liqası















Misli Premyer Liqası