Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan" ilk qarşılaşmada uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama görüşündə məğlub olub.
Sportfm.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniya klubu “Petrolul”la qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuzluların heyətində qollara 5-ci dəqiqədə yeni transfer Denis Marandiç, 66-cı dəqiqədə isə penaltidən Ayxan Hüseynov imza atıblar.
Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 13-də “Aarau” (İsveçrə), 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq.
Oxşar xəbərlər
"Turan Tovuz" Qazaxıstan klubu üzərində qələbə qazandı - Yoxlama oyunu
Ayxan “Turan”a qələbə qazandırdı
“Turan” üçün İsveçrə klubu - Rəqiblər
"Turan Tovuz" İsveçrə klubuna qarşı
“Turan” gürcü klubuna qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası