Pelenin şərəfinə stadionun adı dəyişdiriləcək -Kolumbiyada
Kolumbiya FİFA prezidenti Canni İnfantinonun üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi təklifini qəbul edib.
Sportfm.az xəbər verir ki, bu barədə Kolumbiyanın cənub departamentinin qubernatoru Meta Xuan Gilyermo Zuluaqin açıqlayıb.
Pelenin şərəfinə Vilyavitensio şəhərindəki stadionun adı dəyişdiriləcək. 1958-ci ildə istifadəyə verilən arena 15 min tamaşaçı tuta bilir.
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da, 82 yaşında yoğun bağırsaq xərçəngindən yaranan fəsadlar səbəbindən vəfat edib.
Braziliyalı futbolçu tarixdə yeganə üçqat dünya çempionu olmaqla yanaşı, həm də karyerasında vurduğu qolların sayına görə (1279) rekordun sahibidir.
Oxşar xəbərlər
Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
Pele ilə bağlı istək - FIFA-dan
Braziliya futbolun kralı ilə vidalaşır - VİDEO
Braziliya klubu loqosunu dəyişir - Peleyə görə
Pelenin son durumu açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası