Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqada 63 illik rekord təkrarlandı
“Mançester Siti” İngiltərə Premyer Liqasının 19-cu turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək 63 illik rekordu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, “şəhərlilər” “Çelsi”yə ardıcıl 4-cü oyunda qalib gələrək buna nail olub.
MS “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.
“Mançester Siti” bundan əvvəl İngiltərə Liqa kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə kubokunun 3-cü mərhəsində üz-üzə gələcək.
Oxşar xəbərlər
“Mançester Siti”dən yeni rekord - 10-cu dəfə qələbə ilə başladı
“Mançester Siti”yə çatdılar - "Liverpul" bunu bacardı
Qvardioladan yeni rekord
129 illik rekord təkrarlandı
“Mançester Siti” son 63 ildə ilk dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası