reklam
129 illik rekord təkrarlandı
Sportfm.az xəbər saytı

129 illik rekord təkrarlandı


İngiltərə Premyer Liqasının 37-ci turunda "Lester"i qəbul edən "Mançester Siti" 1:0 hesablı qalibiyyətə sevinib.

Sportfm.az xəbər verir ki, "şəhərlilər" bu görüşdə tarixi rekordu təkrarlayıb.

Belə ki, Pep Qvardiolanın yetirmələri ardıcıl ikinci mövsümdü ki, Premyer Liqa klublarının hamısını ən azı bir dəfə də olsun məğlub edib. Bu isə 129 illik rekordun təkrarlanması deməkdi. Çünki belə bir göstəriciyə yalnız "Preston" 1988-89 və 1989-90 mövsümlərində imza atmışdı.

Dünənki nəticə ilə elitada ardıcıl 13-cü qələbəsini qazanan "Mançester Siti" bunu iki dəfə bacaran ilk klub olub. Premyer Liqa tarixində ardıcıl minimum 13 qalibiyyət ümumilikdə 4 dəfə olub. Ötən mövsüm MS 18 görüşdə xal itirməyərək, rekord müəyyənləşdirmişdi.

Oxşar xəbərlər

Premyer Liqada 63 illik rekord təkrarlandı
“Mançester Siti”dən yeni rekord - 10-cu dəfə qələbə ilə başladı
“Mançester Siti”yə çatdılar - "Liverpul" bunu bacardı
“Mançester Siti”dən üçqat rekord
İngiltərə klubu rekord vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər