reklam
Ueston Makkenni üçün 40 milyon avro
Sportfm.az xəbər saytı

Ueston Makkenni üçün 40 milyon avro


“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını İngiltərədə davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, “Bornmut” amerikalı futbolçunun xidmətində maraqlıdır. Turin təmsilçisi futbolçu üçün ən az 40 milyon avro tələb edir.

Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 22 matça çıxıb və 3 qol vurub. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

“Yuventus” hazırda İtaliya A Seriyasında 15 oyundan sonra 31 xalla üçüncüdür.

Oxşar xəbərlər

“Yuventus” karantinə alındı - Bütün kollektiv
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
Ronaldonu transfer etmək istəyirlər
Merih Demiralın qiyməti məlum oldu - 50 milyon avro
"Yuventus" Türkiyə klubunun futbolçusuna "göz dikib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər