Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Merih Demiralın qiyməti məlum oldu -50 milyon avro
İtaliyanın “Yuventus” klubu son vaxtlar bir neçə klubun maraq dairəsində olan Merih Demiralın transfer qiymətini müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, “qoca sinyora” “Mançester Yunayted”, “Arsenal” və “Milan” kimi klubların maraq dairəsində olan türkiyəli futbolçuyla bağlı qərarını verib. Turin təmsilçisi futbolçunun təzminat məbləğini 50 milyon avro olaraq müəyyənləşdirib.
“Arsenal” və MY-nin 21 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazır olduğu, “Milan”ın isə Demiralı icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir.
Demiral 18 milyon avroya “Sassuolo”dan transfer olunduğu “Yuventus”da cəmi 1 oyunda meydana çıxıb.
Oxşar xəbərlər
İtaliya klubu türk futbolçuya qiymət qoydu - 40 milyon avro
Merih Demiralın yeni transfer qiyməti - 40 milyon
Türkiyəli müdafiəçi "Barselona"nın hədəfində - FOTO
Merih Demiral üstündə "dava qızışır"
"Yuventus" daha bir transfer "bombası partlatmağa" hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası