reklam
Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır


Bu gün Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növü üzrə dünya çempionatı başlayacaq.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycan təmsilçiləri də yarışacaq.

Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edəcək.

İlk gündə rapid növündə beş tur oynanılacaq.

Dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon dollar olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

 

Oxşar xəbərlər

Dünya çempionatı başa çatır - Şahmat üzrə
Şahmatçılarımız blits növündə mübarizəyə başlayır - Dünya çempionatı
Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb -
Rapid növündə qaliblər bəlli olacaq - Dünya çempionatı
Azərbaycan şahmatçıları növbəti görüşlərini keçirəcək - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər