reklam
“Turan Tovuz” daha bir orta məktəbin qonağı oldu -
Sportfm.az xəbər saytı

“Turan Tovuz” daha bir orta məktəbin qonağı oldu -FOTO


Bu gün "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov, akademiyanın koordinatoru Rasim Əliyev, əsas komandanın futbolçuları Kamal Bayramov, Cavid Tağıyev, Piruzi Marakvelidze, Natan Oduva və Ayxan Hüseynov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin qonağı olublar.

Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonunun ən qabaqcıl və müasir məktəblərindən olan Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev, müəllim və şagird heyəti  komandanı yüksək səviyyədə qəbul edib.

Sinif otaqlarını, məktəbdəki şəraitlə tanış olduqdan sonra, şagirdlərlə futbolçular arasında mini oyun keçirilib. Şagirdlərin əl işləri maraqla qarşılanıb. Daha sonra akt zalında görüş təşkil edilib. Məktəbin direktoru Nüsrət Quliyev komandanı salamlayaraq uğurlar arzu edib. Baş məşqçi Ayxan Abbasov, futbolçular yüksək qonaqpərvərliyə görə məktəb rəhbərliyinə, müəlim və şagird heyətinə  təşəkkürlərini bildiriblər, komanda haqda ətraflı məlumat veriblər.

 Sual-cavab hissəsindən sonra N.Quliyevə  klubun artibutları təqdim edilib. Məktəbin nümunəvi və əlaçı şagirdlərindən olan Nigar Qasımova əl işini, çəkdiyi rəsmi Ayxan Abbasova hədiyyə edib.

 

 

 

 

Oxşar xəbərlər

"Turan Tovuz"un futbolçuları kənd məktəbində - FOTO
"Turan Tovuz" - "Kəpəz" - START HEYƏTLƏR
"Turan Tovuz" - "Kəpəz" - START HEYƏTLƏR
Tovuzda Ayxan Abbasovla görüş keçirildi - FOTO
258 nömrəli tam orta məktəb birinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər