reklam
Mövsümün ən gənc oyunçuları -
Sportfm.az xəbər saytı

Mövsümün ən gənc oyunçuları -Misli Premyer Liqası


“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə Misli Premyer Liqasının 2022/23 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Sportfm.az xəbər verir ki, 17-ci turun “Səbail”lə ev görüşünün 80-ci dəqiqəsində şans qazanan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə debüt edib.

O, “Zirə”nin futbolçusu Ramiz Muradova məxsus olan rekordu yeniləyib. Bakı təmsilçisinin  futbolçusu 17 yaş 37 günlüyündə meydana çıxmışdı. Bu rekord 258 gün yaxşılaşdırılıb.

Qeyd edək ki, bu mövsüm yalnız 4 futbolçu 18 yaşadək meydana çıxmağa nail olub.

1. Nihat Əhmədzadə (“Sumqayıt”) - 16 yaş 144 gün

2. Ramiz Muradov (“Zirə”) – 17 yaş 37 gün

3. Rüfət Abbasov (“Neftçi”) – 17 yaş 218 gün

4. Qurban Səfərov (“Şamaxı”) – 17 yaş 336 gün

5. Ağadadaş Salyanski (“Neftçi”) - 18 yaş 161 gün

Oxşar xəbərlər

Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
Premyer Liqamızda oynamış ən gənc futbolçu oldu
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Rafael Məhərrəmlidən Rauf Hüseynliyə qədər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər