reklam
Rafael Məhərrəmlidən Rauf Hüseynliyə qədər
Sportfm.az xəbər saytı

Rafael Məhərrəmlidən Rauf Hüseynliyə qədər


“Zirə”nin tarixində Premyer Liqa matçına çıxan ən gənc futbolçu Rafael Məhərrəmlidir.

Sportfm.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar”ın heyətində 2018/19 mövsümündə debüt edən oyunçu 19 yaş 4 ay 12 günlüyündə ilk matçını keçirib. O, komandanın tarixində 20 yaşı olmadan Premyer Liqa qarşılaşmasına çıxan 4 futbolçudan biridir.
Məhərrəmliyə qədər uzun müddət rekordçu olan Vüsal İsgəndərli və Adil Nağıyevlə Yusif Nəbiyev də “20”yə çatmadan debüt edib. Ən gənc oyunçulardan təşkil olunan beşliyi cari mövsümdə debüt şansı qazanan Rauf Hüseynli qapayır.

1. Rafael Məhərrəmli – 19 yaş 4 ay 12 gün
10.02.2019. “Səbail” – “Zirə” – 0:2

2. Vüsal İsgəndərli – 19 yaş 10 ay 10 gün
13.09.2015. “Sumqayıt” – “Zirə” – 0:0 

3. Adil Nağıyev – 19 yaş 10 ay 28 gün
09.08.2015. “Zirə” – AZAL – 1:0

4. Yusif Nəbiyev – 19 yaş 11 ay 10 gün
13.08.2017. “Zirə” – “Səbail” – 2:1 

5. Rauf Hüseynli – 20 yaş 7 gün
01.02.2020. “Zirə” – “Sabah” – 2:0.

Oxşar xəbərlər

Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
"Zirə"nin 40-cı heç-heçəsi
I dövrənin son turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Premyer Liqamızda ilk üç turun təqvimi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər