Bu gün ilk finalçı bəlli olacaq -DÇ-2022
Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.
"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.
Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
"Lusail" stadionu
Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.
Oxşar xəbərlər
DÇ-2022-nin qalibi bəlli olacaq
Xorvatiya Mərakeşə qarşı - DÇ-2022
Argentina finalda - DÇ-2022
1/4 finala start verilir - DÇ-2022
1/8 finala yekun vurulur - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15















Misli Premyer Liqası