reklam
İlon Mask və Şakira Mərakeş millisini təbrik etdi -
Sportfm.az xəbər saytı

İlon Mask və Şakira Mərakeş millisini təbrik etdi -DÇ-2022


Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask və kolumbiyalı müğənni Şakira Mərakeş millisini Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi münasibətilə təbrik ediblər.

Sportfm.az xəbər verir ki, tanınmış şəxslər bununla bağlı özlərinin sosial şəbəkə hesablarında post paylaşıblar.

Mask paylaşımda "Təbriklər, Mərakeş", Şakira isə "Bu dəfə Afrika üçün!" yazıblar.

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş yığması finala gedən yolda Fransa kollektivi ilə qarşılaşacaq. Görüş dekabrın 14-də keçiriləcək.

Oxşar xəbərlər

Türkiyə prezidenti Mərakeş yığmasını təbrik etdi
İlk Afrika təmsilçisi Mərakeş oldu - DÇ-2022
Şakira açılış mərasimində çıxış etməyəcək - DÇ-2022
İlon Mask “Mançester Yunayted”i alır – FOTO
Gürcü avtoritet Şakira və Pikenin evini qarət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər