reklam
Sportfm.az xəbər saytı

"Nant"ın "Qarabağ"la oyundakı qayda pozuntusuna görə cəzası ləğv edildi


UEFA-nın İntizam Komitəsi Avropa Liqasının G qrupunun 5-ci turunun “Nant”- “Qarabağ” (2:1) matçında Fransa klubuna verdiyi cəzanın bir hissəsini ləğv edib.
Sportfm.az xəbər verir ki, “Nant” 42 min avroluq cərimə və klubun növbəti ev oyunu üçün tribunalardan birinin bağlanması ilə bağlı apellyasiya şikayəti etmişdi. 

Apellyasiya şikayəti qismən təmin edilib.

​Belə ki, tribuna bağlanmayacaq. Lakin “Nant” bu dəfə 50 min avro cərimə ödəməli olacaq.

​Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib.

Oxşar xəbərlər

“Zirə”nin şikayəti qismən təmin edildi
“Sabah”ın şikayəti qismən təmin edildi - Qərar
“Zirə”nin şikayəti təmin edildi - Qərar
AFFA "Sumqayıt"ın şikayətini təmin etdi - Qərar
Sezar vaxtından əvvəl meydana dönəcək, "Zirə" cərimə ödəməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər